Amerikanın “SpaceX” şirkəti avqustun 24-nə planlaşdırılan “Starship” kosmik gəmisinin prototipi olan daşıyıcı raketin buraxılışını texniki nasazlıqlara görə təxirə salıb.

My-news.az Report.az-a istinadən xəbər verir ki, kosmosa uçuş Texasdakı Starbase kosmodromundan Şərq vaxtı ilə saat 19:30-a (Bakı vaxtı ilə 03:30) planlaşdırılmışdı.

Qeyd olunub ki, problemin həlli üçün müəyyən vaxta ehtiyac var. Hələlik yeni buraxılış tarixi açıqlanmayıb.

“Starship” bu günə qədər hazırlanmış ən böyük və ən güclü kosmik raketdir. Sistemin ümumi təxmini yükgötürmə qabiliyyəti 150 tondur.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *