İlin əvvəlindən etibarən Ford 100-dən çox geri çağırma kampaniyasına start verib və bu göstərici ilə avtomobil istehsalçıları arasında 1-ci yerdə qərarlaşıb.

My-news.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Carscoops nəşri məlumat yayıb. Bildirilib ki, təkcə avqust ayında şirkət altı müxtəlif xidmət tədbiri elan edib.

Nəşrin məlumatına əsasən, Ford-un həyata keçirdiyi kampaniyaların sayı 21 geri çağırma ilə ikinci yerdə qərarlaşan FCA-nın («Stellantis»in Amerika bölməsi) göstəricisini beş dəfə üstələyir. FCA, Volkswagen, General Motors, Mercedes-Benz, Honda və Hyundai şirkətləri üzrə ümumilikdə 77 geri çağırma qeyd alınıb.

Geri çağırmalara səbəb olan başlıca problemlər arasında 22.000-dən çox F-150 pikapında nasaz yan işıqların, 2024-cü il buraxılışı olan bir Mustang modelində tablonun işləməməsinin, 102 ədəd Lincoln Nautilus krossoverində elektrik pəncərə tənzimləyicilərində yaranan nasazlığın və 41.000 Corsair avtomobilində arxa görüntü kamerasının dəyişdirilməsinin zəruriliyi yer alır.

Bu kampaniyalar həm yeni istehsal olunan modellərə, həm də əvvəllər təmir edilmiş nəqliyyat vasitələrinə şamil olunub. Geri çağırmaların sayının artması əsasən keyfiyyətə nəzarətin gücləndirilməsi və xidmət proqramlarının genişləndirilməsi ilə izah olunur.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *