2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 Qran-prisi ilə əlaqədar olaraq Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib.

My-news.az Report.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək ölkəyə gələn şəxslər Azərbaycanın beynəlxalq hava limanlarında vizanı birbaşa ala biləcəklər.

Viza üçün əsas sənədlər:
“Formula One Management Limited” və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən verilmiş akkreditasiya kartı və ya təsdiqedici sənəd;
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən verilmiş akkreditasiya kartı;
Formula 1 yarışına bilet, elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Xarici İşlər Nazirliyi “Formula One Management Limited”ə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq qurumlarına bu barədə məlumat verməli, həmçinin “ASAN Viza” sistemi vasitəsilə elektron viza imkanları barədə məlumatları rəsmi internet resurslarında yerləşdirməlidir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il sentyabrın 19-dan 21-dək keçiriləcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *