Balencıaga yenə də qalmaqallı dizaynı ilə diqqət mərkəzinə düşüb.
My-news.az Manchestereveningnews-a istinadən xəbər verir ki, brendin 2025-ci il Qış kolleksiyasına daxil edilən və 995 dollara satılan “Marché Packable Tote Bag Medium” adlı çanta sosial mediada “plastik torbaya oxşayır” deyə geniş müzakirələrə səbəb olub.
Balencıaga-nın çantası açıq mavi rəngdədir, ön tərəfində markanın loqosu, həmçinin mağazaları üçün iki ünvan və vebsayt detalları var.
İlk baxışda supermarket torbasını xatırladan bu çanta əslində olduqca dayanıqlıdır. Şirkət məhsulun möhkəm və 10 kiloqrama qədər yük daşımaq gücünə malik olduğunu bildirir. Smartfon, noutbuk və digər əşyaların daşınması üçün uyğundur.
