“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, UEFA görüşü Fransadan olan hakimlər briqadasına həvalə edib. Matçı Kleman Turpin idarə edəcək.
UEFA Çempionlar Liqası – Pley-off mərhələsi
Tarix: 27 avqust
Saat: 20:45
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu
Qarşılaşma:
“Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)
Hakimlər briqadası:
Baş hakim: Kleman Turpin
Baş hakimin köməkçiləri: Nikolya Danos, Aleksis Auqer
Dördüncü hakim: Romen Lissorq
VAR: Jerom Brisar
AVAR: Nikolya Renvill
Qeyd edək ki, qarşılaşma avqustun 27-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. İlk səfər oyununda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
