Huawei ilə birgə hazırlanmış böyük krossover Aito Seres M8 Çində ən təhlükəsiz avtomobil seçilib.
My-news.az xəbər verir ki, bu barədə məlumat CarNewsChina saytında verilib.
C-NCAP metodundan istifadə edilən sınaqlar və qəza testlərinin nəticələrinə əsasən, model reytinqdə 93,7% nəticə əldə edib. Test zamanı sərnişinlərin və piyadaların təhlükəsizliyi, həmçinin təhlükəsizlik sistemlərinin işləməsi qiymətləndirilib.
Bütün sınaqların nəticələrinə əsasən, Aito M8 ən yüksək xalı toplayaraq əvvəlki lider Xiaomi SU7 sedanını 0,2% qabaqlayıb. Reytinqdə üçüncü yeri isə Zeekr Mix (91,8%) tutur.
