Amerikanın «SpaceX» şirkəti bazar ertəsi günü «Starship» kosmik gəmisinin prototipinin 10-cu sınaq uçuşunu həyata keçirməyi planlaşdırsa da, əlverişsiz hava şəraiti səbəbindən daşıyıcı raketin buraxılışı təxirə salınıb.
My-news.az Report.az-a istinadən xəbər verir ki, bu barədə «X» sosial şəbəkəsində yayımlanan canlı yayımda məlumat verilib.
Buraxılış Şərq vaxtı ilə saat 19:59-da (Bakı vaxtı ilə 03:59) Texas ştatındakı «Starbase» kosmodromundan planlaşdırılmışdı.
«Pis xəbər: bu gün buraxılış hava şəraiti ilə əlaqədar baş tutmayacaq», – canlı yayımın aparıcısı bildirib.
