«Bloomberg»in məşhur insayderi Mark Gurman Apple-ın yaxın və orta perspektivdə təqdim etməyi planlaşdırdığı əsas texnoloji yeniliklər barədə geniş icmal dərc edib.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu yeniliklər arasında qatlana bilən iPhone modeli xüsusi yer tutur.

Mənbənin məlumatına görə, Apple bu cihazı 2026-cı ilin payızında təqdim etməyi planlaşdırır. Hazırda isə şirkət bu model üçün ən optimal çevik ekran texnologiyasının seçilməsi üzərində çalışır. Yeni ekran texnologiyası ekranın qatlanma izlərini minimuma endirməli və sensor interfeysin dəqiqliyini artırmalıdır.

Qatlana bilən iPhone-un daxili kod adı V68 olaraq qeyd olunur. Cihaz Face ID texnologiyası ilə təchiz olunmayacaq; onun yerinə yalnız Touch ID istifadə olunacaq. Bunun səbəbi Face ID üçün tələb olunan kompleks kamera sisteminin Apple-ın olduqca nazik planlaşdırdığı cihaz gövdəsinə yerləşdirilə bilməməsidir. Bəzi ilkin məlumatlara əsasən, smartfon qatlanmış vəziyyətdə cəmi 9.5 mm qalınlığa malik olacaq.

Cihaz həmçinin fiziki SIM kart slotuna sahib olmayacaq – bu yanaşma artıq iPhone 17 Air modelində də tətbiq olunub. Apple-ın təchizatçıları artıq qatlana bilən iPhone üçün tələb olunan komponentlərin istehsalına dair ilkin sınaqlara başlayıblar. Hazırda cihazın yalnız iki rəngdə – qara və ağ – təqdim olunması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Apple-ın özünün hazırladığı C2 modemi təkcə qatlana bilən modeldə deyil, həm də 2026-cı ildə təqdim olunacaq bütün iPhone 18 Pro modellərində istifadə olunacaq.

Qatlana bilən iPhone 4 kamera ilə təchiz olunacaq. Bu kameralardan ikisi selfi çəkilişləri üçün nəzərdə tutulub və cihazın daxili hissəsində yerləşəcək. Arxa paneldə isə əsas kameraya əlavə olaraq ya telefoto, ya da ultra geniş bucaqlı obyektivlə təchiz olunmuş ikinci modul yerləşdiriləcək.

Gözlənilir ki, cihazın açıq vəziyyətdəki daxili ekranının ölçüsü 8 düymə qədər olacaq. Bu, Apple-ın planlaşdırdığı ən böyük mobil ekranlardan biri olacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *