Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, avqustun 26-da UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab qarşılaşmaları başlayır. İlk oyun günündə üç matç keçiriləcək.
Günün ilk oyunu Qazaxıstanda baş tutacaq. Daha sonra Kipr və Avstriyada mərhələni keçəcək komandaların adına aydınlıq gələcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi – cavab oyunları
26 avqust
20:45 – Kayrat Almatı (Qazaxıstan) – Seltik (Şotlandiya)
İlk oyun: 0:0
23:00 – Pafos (Kipr) – Srvena Zvezda (Serbiya)
İlk oyun: 2:1
23:00 – Şturm Qrats (Avstriya) – Budö Qlimt (Norveç)
İlk oyun: 0:5
Qeyd edək ki, pley-off mərhələsinin daha dörd cavab oyunu avqustun 27-də keçiriləcək. Həmin gün “Qarabağ” Macarıstanda 3:1 hesabı ilə məğlub etdiyi “Ferentsvaroş”u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
