Rio Nqumoa Premyer Liqa tarixində qələbə qolu vuran ikinci ən gənc futbolçu olub.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, “Liverpul”un 16 yaşlı vingeri Rio Nqumoa Premyer Liqa tarixində qalibiyyət qolunu vuran ikinci ən gənc futbolçu kimi tarixə düşüb.
İngiltərənin U-17 yığmasının üzvü olan Nqumoa Premyer Liqanın II turu çərçivəsində keçirilən “Nyukasl”la oyunda fərqlənib. Qarşılaşma 2:2 hesabı ilə davam edərkən, 90+6-cı dəqiqədə Kodi Qakponu əvəz edən gənc futbolçu cəmi dörd dəqiqə sonra qol vuraraq “Liverpul”a üç xalı qazandırıb – 3:2.
«Opta» şirkətinin məlumatına əsasən, Rio Nqumoa bu nailiyyətə 16 yaş 361 günlüyündə imza atıb. O, bu göstərici ilə Premyer Liqa tarixində Ueyn Runidən sonra qalibiyyət qolu vuran ən gənc futbolçu olub. Qeyd edək ki, Runi 2002-ci ildə “Everton”un heyətində “Arsenal”a qarşı vurduğu qolla bu uğura imza atmış və həmin vaxt cəmi 16 yaş 360 günlük olmuşdu. Nqumoa isə Runidən cəmi bir gün böyükdür.
