Apple iPhone 17 Pro və iPhone 17 Pro Max modellərində ters simsiz enerji doldurma funksiyasını təqdim edə bilər.

My-news.az Donanımhaber-ə istinadən xəbər verir ki, məlumatı paylaşan Fixed Focus Digital daha əvvəl iPhone xüsusiyyətləri ilə bağlı qarışıq nəticələr əldə edib. Buna baxmayaraq, bu dəfə iddianı gücləndirən bir neçə amil var:

Apple telefonlarda buxar kameralı soyutma sistemi tətbiq edəcək.

Batareya dizaynının dəyişdirilməsi və istilik ötürülməsini yaxşılaşdırmaq üçün metal korpusdan istifadə planlaşdırılır.

Batareya tutumu artırılacaq. Bu isə həm daha uzun ömür, həm də AirPods və Apple Watch kimi cihazları tərs doldurma imkanı deməkdir.

İddiaların doğru olub-olmadığı isə 9 sentyabrda iPhone 17 seriyasının təqdimatından sonra bilinəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *