«Cadillac» komandası 2026-cı ildə ilk dəfə Formula 1 çempionatında iştirak edəcək heyətini açıqlayıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, komanda təcrübəli pilotlar – çoxsaylı Qran Pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını rəsmi olaraq elan edib.
Onlar birlikdə 527 Qran Priyə qatılıb və 16 qələbə qazanıblar. Bu göstərici dueti çempionatın ən təcrübəli cütlüklərindən birinə çevirir.
Qeyd edək ki, Serxio Peres Azərbaycan Qran Prisinin ikiqat qalibidir. O, «Red Bull Honda» komandasının heyətində 2021 və 2023-cü illərdə Bakıda birinci olub. Valtteri Bottas isə 2019-cu ildə «Mercedes»lə Azərbaycan Qran Prisinin qalibini adını qazanıb.
Beləliklə, «Cadillac» 2026-cı ildən etibarən Formula 1 dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.
Azərbaycan Qran Prisi isə həmin il 24–26 sentyabr tarixlərində baş tutacaq.
