«Qarabağ» bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində həlledici oyuna çıxacaq.
My-news.az Report.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək.
Komandalar arasında Macarıstanda keçirilmiş ilk qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Cavab oyunu bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının qrup mərhələsinə, məğlub olan isə UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
