2025/2026 mövsümündə ən yüksək maaş ödəyən klubların siyahısı açıqlanıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Capology məlumatlarında qeyd olunub. Bu göstəricidə lider «Real Madrid» olub. Madrid təmsilçisinin futbolçulara ödədiyi illik orta maaş 11,2 milyon avro təşkil edir. Müqayisə üçün, ötən mövsümdə bu rəqəm 12 milyon avro idi.
İkinci yerdə «Barselona» (7,91 milyon avro), üçüncü pillədə isə «Mançester Siti» (7,43 milyon avro) qərarlaşıb.
Sonrakı sıralama belədir:
«Bavariya» – 7,38 milyon avro
PSJ və «Arsenal» – hər biri 7 milyon avro
«Liverpul» və «Mançester Yunayted» – hər biri 6 milyon avro
«Çelsi» və «Tottenhem» – hər biri 4,5 milyon avro

