Apple yeni cihazlarının təqdimatına həsr olunmuş ənənəvi illik payız tədbirinin tarixini rəsmi olaraq açıqlayıb.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, tədbir 9 sentyabrda Kupertinodakı Apple Park kampusunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Şirkətin əsas təqdimatı iPhone 17 seriyası olacaq. Seriyaya nazik gövdəli iPhone 17 Air, eləcə də iPhone 17, iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri daxil olacaq. Bundan əlavə, yeni Apple Watch modellərinin də təqdim ediləcəyi gözlənilir.
Tədbirdə həmçinin iOS 26, iPadOS 26, macOS Tahoe və digər proqram təminatlarının işə salınma tarixləri də elan olunacaq.
Apple-ın payız tədbirini şirkətin rəsmi saytında, YouTube kanalında və Apple TV tətbiqi vasitəsilə canlı izləmək mümkün olacaq.

