«Bəzi Çin avtomobillərinin əsas çatışmazlıqlarından biri elektronika və erqonomika sahəsindəki problemlərlə bağlıdır».

My-news.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu fikri «Rossiyskaya qazeta» nəşrinə açıqlamasında nəqliyyat sahəsi üzrə müstəqil ekspert Aleksey Tuzov bildirib.

Onun sözlərinə görə, Çindən idxal olunan bəzi modellərdə multimedia ekranı və parklama sensorları gecikmə ilə işləyir. Tuzov əlavə edib ki, sürücülər avtomobildə müxtəlif funksiyaları aktivləşdirmək üçün düymələri tapmaqda çətinlik çəkir və bu, vaxt itkisinə səbəb olur. Bundan əlavə, bəzi modellərdə səs izolyasiyası da kifayət qədər zəifdir.

Ekspert həmçinin sürücülərə az tanınan Çin markalı avtomobilləri almaqdan çəkinməyi tövsiyə edib. Onun fikrincə, bu cür brendlər istənilən vaxt ölkə bazarını tərk edə bilər və bu da həmin avtomobillərin sahibləri üçün ciddi risklər yarada bilər.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *