Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
My-news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir 29 avqust tarixində, saat 11:00-da, qurumun inzibati binasında baş tutacaq.
Mətbuat konfransı zamanı futbol üzrə Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar üçün heyəti açıqlanacaq. Komanda 5 sentyabrda səfərdə İslandiya, 9 sentyabrda isə Bakıda Ukrayna yığmaları ilə qarşılaşacaq.
