“Qarabağ” futbol klubu heyətinə yeni futbolçu cəlb edib.

My-news.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliyanın “Portimonense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və Kamilo Duran komandaya qoşulub.

23 yaşlı kolumbiyalı ilə 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən Duran “Qarabağ”da 17 nömrəli forma ilə oynayacaq.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış edən Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandası, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 milli komandasının üzvü olub.

Qeyd edək ki, “Qarabağ” bunadək heyətinə Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli kimi futbolçuları cəlb edib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *