Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

My-news.az Report.az-a istinadən xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkatmada Azərbaycan çempionu «Qarabağ»ın da rəqibləri müəyyənləşəcək.

Əsas mərhələdə iştirak edəcək 36 komanda əvvəlcədən 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi «Qarabağ» IV səbətdə yer alıb.

I səbət:
PSJ (Fransa), «Real» (İspaniya), «Mançester Siti» (İngiltərə), «Bavariya» (Almaniya), «Liverpul» (İngiltərə), «İnter» (İtaliya), «Çelsi» (İngiltərə), «Borussiya» Dortmund (Almaniya), «Barselona» (İspaniya)

II səbət:
«Arsenal» (İngiltərə), «Bayer 04» (Almaniya), «Atletiko» (İspaniya), «Benfika» (Portuqaliya), «Atalanta» (İtaliya), «Vilyarreal» (İspaniya), «Yuventus» (İtaliya), «Ayntraxt» Frankfurt (Almaniya), «Brügge» (Belçika)

III səbət:
«Tottenhem» (İngiltərə), PSV (Niderland), «Ayaks» (Niderland), «Napoli» (İtaliya), «Sportinq» (Portuqaliya), «Olimpiakos» (Yunanıstan), «Slaviya» (Çexiya), «Budyo Qlimt» (Norveç), «Marsel» (Fransa)

IV səbət:
«Kopenhagen» (Danimarka), «Monako» (Fransa), «Qalatasaray» (Türkiyə), «Yunion» (Belçika), «Qarabağ» (Azərbaycan), «Atletik» (İspaniya), «Nyukasl» (İngiltərə), «Pafos» (Kipr), «Kayrat» (Qazaxıstan)

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Son tur görüşləri isə 2026-cı il yanvarın 28-də baş tutacaq.

Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. Turnirin qalibi 2025/2026 mövsümünün final qarşılaşmasından sonra müəyyənləşəcək. Həlledici oyun mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *