Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, gün ərzində 11 qarşılaşma baş tutacaq.
Mərhələyə Finlandiyada start veriləcək, günə isə Portuqaliyada yekun vurulacaq. İki oyunun nəticəsinə əsasən üstün olacaq komandalar Avropa Liqasının liqa mərhələsinə yüksələcəklər.
UEFA Avropa Liqası – Pley-off mərhələsi, cavab oyunları (28 avqust):
19:00. KuPS (Finlandiya) – Midyullann (Danimarka)
İlk oyun: 0:4
20:30. Siqma (Çexiya) – Malmö (İsveç)
İlk oyun: 0:3
21:00. Samsunspor (Türkiyə) – Panatinaikos (Yunanıstan)
İlk oyun: 2:1
21:30. Ludoqorets (Bolqarıstan) – Şkendiya (Şimali Makedoniya)
İlk oyun: 1:2
21:30. PAOK (Yunanıstan) – Riyeka (Xorvatiya)
İlk oyun: 0:1
22:00. Dinamo Kiyev (Ukrayna) – Makkabi (Tel-Əviv, İsrail)
İlk oyun: 1:3
22:00. Genk (Belçika) – Lex (Polşa)
İlk oyun: 5:1
22:00. Utrext (Niderland) – Zrinjski (Bosniya və Herseqovina)
İlk oyun: 2:0
22:00. Yanq Boyz (İsveçrə) – Slovan (Slovakiya)
İlk oyun: 1:0
22:30. FCSB (Rumıniya) – Aberdin (Şotlandiya)
İlk oyun: 2:2
23:00. Braqa (Portuqaliya) – Linkoln (Cəbəllütariq)
İlk oyun: 4:0
Qeyd edək ki, bir gün öncə Kiprin AEK (Larnaka) klubuna hər iki görüşdə qalib gələn Norveçin “Brann” komandası artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
