UEFA 2025/26 mövsümündən etibarən Çempionlar Liqasının final oyunlarının daha tez başlayacağını açıqlayıb.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, həlledici görüşlər bundan sonra Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da, Bakı vaxtı ilə isə 20:00-da start götürəcək.

UEFA-nın bəyanatında bildirilir ki, bu qərarın əsas məqsədi azarkeşlər, komandalar və ev sahibliyi edən şəhərlər üçün oyun gününün ümumi təəssüratını yaxşılaşdırmaqdır. Yeni qayda logistika və əməliyyatların optimallaşdırılması hesabına həyata keçiriləcək və bir sıra üstünlüklər təmin edəcək.

Qurumun açıqlamasında vurğulanır:

dəyişiklik ailələrin və uşaqların final oyununa daha rahat şəkildə qatılmasına imkan verəcək;

başqa şəhərlərdən gələn azarkeşlər üçün ictimai nəqliyyata çıxış asanlaşacaq və oyundan sonra təhlükəsiz qayıdış təmin olunacaq;

ev sahibliyi edən şəhərlər üçün isə tədbirin iqtisadi təsiri daha da artacaq, çünki azarkeşlər oyun gününü daha uzun müddət “bayram əhvalında” keçirə biləcəklər.

Bundan başqa, yeni start saatı televiziya və rəqəmsal yayımların əlçatanlığını artıracaq, final oyununu daha geniş auditoriyaya çatdıracaq və xüsusilə gənc tamaşaçıların cəlb olunmasına xidmət edəcək.

Qeyd edək ki, 2026-cı ildə UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puskas Arena”da keçiriləcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *