Samsung şirkəti Galaxy Event adlı yeni təqdimat tədbirini elan edib.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, tədbir 4 sentyabr tarixində onlayn formatda keçiriləcək.

Koreyalı istehsalçı tədbirdə Galaxy S25 seriyasının ən yeni modelini və premium süni intellekt planşetlərini təqdim edəcəyini açıqlayıb. Gözlənilir ki, söhbət Galaxy S25 FE smartfonu, həmçinin Galaxy Tab S11 və Galaxy Tab S11 Ultra planşetlərindən gedir.

Şirkət həmçinin bildirib ki, təqdimatın ərəfəsində, 5 sentyabrda start götürəcək IFA 2025 sərgisi çərçivəsində Berlində mətbuat konfransı da təşkil olunacaq.

Samsung anons olunacaq cihazların dəqiq sayını açıqlamasa da, öz saytında və Shop Samsung tətbiqində ən son Galaxy Tab modellərini sifariş edən müştərilərə 50 ABŞ dolları məbləğində endirim kuponu təqdim edəcəyini bildirib. Bu məbləği şirkətin digər brend məhsullarında – smartfonlar, planşetlər, ağıllı üzüklər, saatlar, qulaqlıqlar, kompüterlər və aksesuarların alışında istifadə etmək mümkün olacaq. Lakin endirim sifariş edilən cihazın özünə şamil edilməyəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *