Çin Keyfiyyət Sertifikatlaşdırma Mərkəzindən (QC Center) əldə edilən yeni məlumata əsasən, EB-BS948ABY model batareya 4855 mAh nominal tutuma malikdir.
My-news.az Technote.az-a istinadən xəbər verir ki, bu göstərici Galaxy S25 Ultra modelindəki batareya ilə tamamilə eynidir və ehtimal olunur ki, faktiki tutum 5000 mAh olacaq. Beləliklə, Samsung artıq ardıcıl altıncı ildir ki, Ultra seriyasında bu tutumu qoruyub saxlayır.
Lakin bu sahədə bəzi müsbət yeniliklər də gözlənilir. Tutumun dəyişməməsi daha sürətli şarj texnologiyası ilə kompensasiya edilə bilər. Bildirilir ki, Galaxy S26 Ultra modelində 60 vatt gücündə sürətli şarj texnologiyası dəstəklənəcək. Bu da Galaxy S22 Ultra-dan S25 Ultra-ya qədər olan modellərlə müqayisədə 15 vatt daha güclüdür.
Bundan əlavə, yeni flaqmanın daha nazik (8 mm-dən az, ehtimal ki, təxminən 7 mm) və daha yüngül olacağı gözlənilir.
