Dünən, avqustun 28-də Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ” klubunun da rəqibləri müəyyənləşib.
IV səbətdə yer alan Qurban Qurbanovun komandası bu mərhələdə ümumilikdə 8 oyun keçirəcək — 4 qarşılaşma evdə, 4-ü isə səfərdə baş tutacaq.
Püşkün nəticəsinə əsasən “Qarabağ”ın rəqibləri bunlardır: “Çelsi”, “Liverpul”, “Napoli”, “Ayaks”, “Atletik”, “Benfika”, “Kopenhagen” və “Ayntraxt”.
IV səbət (rəqiblər):
“Qarabağ” (Azərbaycan)
“Çelsi” (ev)
“Liverpul” (səfər)
“Ayntraxt” (ev)
“Benfika” (səfər)
“Ayaks” (ev)
“Napoli” (səfər)
“Kopenhagen” (ev)
“Atletik” (səfər)
