Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyət müəyyənləşib.

My-news.az Sport24.az-a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında keçirilən mətbuat konfransında dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında yığma sentyabrın 1-dən etibarən təlim-məşq toplanışına başlayacaq.

S. Ad/Soyad Klub 
Rza Cəfərov Neftçi 
Şahrudin Məhəmmədəliyev Qarabağ 
Aydın Bayramov Zirə 
Abbas Hüseynov Qarabağ 
Qismət Alıyev Zirə 
Bəhlul Mustafazadə Qarabağ 
Elvin Bədəlov Neftçi 
Cəlal Hüseynov Arda (Bolqarıstan) 
Rəhman Daşdəmirov Sabah 
10 Anton Krivotsyuk «Daejeon Hana Siti» (Cənubi Koreya) 
11 Elvin Cəfərquliyev Qarabağ 
12 Toral Bayramov Qarabağ 
13 İsmayıl İbrahimli Zirə 
14 Ceyhun Nuriyev Zirə 
15 Səbuhi Abdullazadə Sumqayıt 
16 Emin Mahmudov Neftçi 
17 Anatoli Nuriyev Sabah 
18 Ozan Can Kökçü Volendam (Niderland) 
19 Şahin Şahniyarov Qəbələ 
20 Mahir Emreli Kayzerslautern (Almaniya) 
21 Nəriman Axundzadə Qarabağ 
22 Renat Dadaşov Motor (Polşa) 
23 Musa Qurbanlı Qarabağ 
24 Xəyal Əliyev Sabah 

Qeyd edək ki, Azərbaycan millisi D qrupu çərçivəsində 5 sentyabr saat 22:45-də, “Lauqardalsvollur” stadionunda İslandiya ilə, 9 sentyabr saat 20:00-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna ilə qarşılaşacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *