Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Macarıstanda davam etdirə bilər.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, yığma komandamızın forvardı Macarıstanın yüksək liqasında çıxış edən «Uypeşt» klubunun maraq dairəsindədir.
Məlumata görə, «Uypeşt» Renat Dadaşovu qış transfer dönəmində icarəyə götürməyi planlaşdırır. Hazırda Polşanın «Motor» klubunda çıxış edən hücumçunun burada özünü xoşbəxt hiss etmədiyi iddia olunur. Renatın Macarıstana yollanıb-yollanmayacağı isə qış fasiləsinə qədərki vəziyyətdən asılı olacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçunun «Motor» klubu ilə müqaviləsi 2026-cı ilin 30 iyun tarixinədək qüvvədədir. Dadaşov bu vaxta qədər karyerası ərzində «Ayntraxt» (Frankfurt), «Eştoril», «Vulverhempton», «Pakoş de Ferreyra», «Qrasshoppers», «Hatayspor», «Ankaragücü» və «Radomyak» kimi klublarda çıxış edib.
