Bu həftə Avrokubok turnirlərində ən çox əmsal toplayan ölkələr açıqlanıb.

My-news.az Sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə Norveçlə birlikdə beşinci yerdə qərarlaşıb.

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi nəticəsində ölkəmizin aktivinə əlavə olaraq 1.500 əmsal yazılıb.

Hazırda Avrokuboklarda yalnız bir təmsilçisi qalan Azərbaycan, təsnifat mərhələlərində çıxış edən ölkələr arasında yalnız Danimarka (2.000 əmsal), Kipr (1.875), Portuqaliya (1.700) və Qazaxıstandan (1.625) geri qalır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *