2025/26 mövsümü UEFA Konfrans Liqasının əsas mərhələsinin püşkatması başa çatıb.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, turnirin bu mərhələsində komandalar hərəsi altı oyun keçirəcək. Rəqiblərin bölgüsü səbətlər üzrə aparılıb. Bununla yanaşı, hansı görüşlərin evdə, hansının isə səfərdə oynanılacağı da müəyyənləşdirilib.
Konfrans Liqasının hazırkı qalibi Londonun “Çelsi” klubudur.
Qeyd edək ki, 2024/25 mövsümündən etibarən avrokuboklarda yeni format tətbiq olunub. Əvvəllər komandalar dörd iştirakçılı qruplara bölünürdüsə, indi bütün iştirakçıların yer aldığı vahid turnir cədvəli sistemi mövcuddur.




