Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.
My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, “Bakı Şəhər Halqası” bu gün saat 23:00-dan etibarən Fikrət Əmirov küçəsinin Xəqani və Nizami küçələri arasındakı hissəsinin nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacağını açıqlayıb. Məhdudiyyət həmin ərazidə yerüstü piyada keçidinin quraşdırılması ilə bağlıdır və yarışlar başa çatana qədər qüvvədə qalacaq.
Ərazidə yerləşən velosiped zolaqları fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bu məhdudiyyətlər 19–21 sentyabr tarixlərində keçiriləcək “Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025” yarışına hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan infrastruktur və quraşdırma işləri ilə əlaqədardır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq olunacaq və yarış ərəfəsində digər küçə və prospektlərdə də dəyişikliklər ediləcək.
Sürücülərə və piyadalara hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
