“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal İspaniya çempionatının 3-cü turunda “Rayo Valyekano” ilə oyunun 40-cı dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, bu qolla Yamal 21-ci əsrdə La Liqada penaltidən fərqlənən ən gənc futbolçu adını qazanıb. Matç (1:1) hesablı heç-heçə ilə yekunlaşıb. Oyun zamanı futbolçunun yaşı 18 olub.

Qeyd edək ki, “Barselona” növbəti qarşılaşmasını sentyabrın 14-də evdə “Valensiya”ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *