Almaniyanın məşhur «Porsche» konserninin Çin filialı markanın tarixində ən güclü 911 modeli sayılan yeni «Porsche 911 Turbo S»-in qlobal premyerasını elan edib.

My-news.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə məlumat filialın «Weibo» sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

“Yeni Porsche 911 Turbo S bütün dünyada debüt edəcək. Sentyabrın 7-də sizi canlı yayıma dəvət edirik”, – açıqlamada bildirilib.

Yeni modelin tanınan dizayn elementləri arasında təkər tağları və ön bamperin profili xüsusilə seçiləcək. Qeyri-rəsmi məlumatlara görə, avtomobil 3,7 litrlik yastı altı silindrli turbo benzin mühərriki əsasında yaradılan hibrid güc qurğusu ilə təchiz olunacaq. Onun 700 at gücündən artıq gücə malik olacağı gözlənilir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *