İnsayderlərin məlumatına görə, Samsung-un gələcək flaqmanları ilə bağlı yeni detallar üzə çıxıb.

My-news.az Technote.az-a istinadən xəbər verir ki, koreyalı istehsalçı Galaxy S26 seriyasının smartfonlarını daha incə gövdə ilə təqdim etməyi planlaşdırır.

Qalınlıq müqayisəsi belədir:

Galaxy S26 Pro – 6,7 mm (Galaxy S25 Pro-da 7,2 mm)

Galaxy S26 Edge – 5,5 mm (Galaxy S25 Edge-də 5,8 mm)

Galaxy S26 Ultra – 7,8 mm (Galaxy S25 Ultra-da 8,2 mm)

Galaxy S26 seriyasının rəsmi təqdimatının 2026-cı ilin əvvəlində keçirilməsi gözlənilir. Lakin ondan əvvəl – 4 sentyabrda Samsung Galaxy Event 2025 baş tutacaq. Tədbirdə Galaxy S25 FE, Galaxy Tab S11 və Galaxy Tab S11 Ultra modellərinin təqdim ediləcəyi bildirilib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *