Sentyabrın 2-də Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Şokır Beltekulının xatirəsinə həsr olunan və 5 gün davam edəcək A kateqoriyalı ənənəvi yarışda Azərbaycan millisinin də iştirakı nəzərdə tutulub.

Komandamız məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında Zəlimxan Süleymanov (55 kq), Məhəmməd Aşırəliyev və Elbrus Adıgözəlov (60 kq), Malik Həsənov və Ruslan Rüstəmov (65 kq) və Nicat Əlirzayev (70 kq) ilə rinqə çıxacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan yığmamız sentyabrın 7-də Bakıya qayıdacaq.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *