Çempionlar Liqasının Liqa mərhələsində iştirak hüququ qazanan «Qarabağ» uzun müddətdir davam edən hücumçu axtarışını yekunlaşdırıb.

My-news.az İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam klubu tanış simanı – Olavio Juninyonu geri qaytarıb. Tərəflər arasında aparılan danışıqlar müsbət nəticə verib və 29 yaşlı braziliyalı forvard yenidən “Qarabağ”ın formasını geyinəcək. Onun transferinin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.

Juninyo 2023-cü ilin yayından «köhlən atlar»ın heyətində çıxış edərək 81 oyunda 42 qol vurub. Bu müddətdə o, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda isə 27 (14 qol) qarşılaşmada iştirak edib.

Qeyd edək ki, braziliyalı hücumçu «Qarabağ»la həm ölkə çempionu, həm də kubok qalibi olub. O, bu ilin yanvar ayında «Flamenqo»ya 5 milyon avroya transfer edilmişdi.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *