Realme brendi, artıq 2018-ci ilin avqst ayından fəaliyyətdədir. O vaxtdan bəri şirkət, 100 milyon cihaz sataraq, rekord yeniləmişdir. Bundan əvvəlki nailiyyət isə, 40 ay ərzində eyni sayda cihaz satan Xiaomi şirkətinə məxsus olub.
Realme eyni zamanda, 2020 -ci ilin üçüncü rübündə 50 milyon smartfon satdığı üçün rekordçu olub. Hazırda şirkət smartfon istehsalında dünya liderləri arasında ilk onluğa daxil olaraq, 7 -ci yeri tutur. 2021 -ci ilin ikinci rübündən etibarən isə, şirkət Avropada 5 -ci, Hindistanda isə 4 -cü yerdə olmuşdur.

İstehsalçı müvəffəqiyyətini, ağıllı telefonların gənclər arasında olan cəlbediciliyi ilə əlaqələndirir. Şirkət digər nailiyyətlərlə də öyünə bilər. Məsələn, Realme 125W şarj texnologiyasını, 2021 -ci ildə Snapdragon 888 çipseti ilə işləyən ağıllı telefon və həqiqətən əlverişli 5G telefonu təqdim edib.
Şirkət, bu ilin sonuna qədər 100 milyon, gələn il də eyni sayda smartfon satmağı qarşısına məqsəd qoyub. Həmçinin şirkət, smartfonlarla yanaşı, TWS qulaqlıq, ağıllı televizor, ağıllı bilərzik istehsalında da işini inkişaf etdirməyə davam edəcəyini bildirib. Qeyd etmək lazımdır ki, Realme, MagDart adlı öz maqnit şarj texnologiyasını da təqdim edib.
Əlavə olaraq, vurğulamaq lazımdır ki, Realme-nin Azərbaycan Respublikası ərazisində ilk rəsmi tərəfdaşı MyShops şirkəti olmuşdur. Və bu brendin ölkə ərazisində orijinal məhsullarını MyShops mağazalarından və ya www.myshops.az saytından münasib qiymətlərə əldə edə bilərsiniz.
