Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
ABŞ məhkəməsi Nona Qaprindaşvilinin “Netflix”ə qarşı iddiasına baxacaq -

ABŞ-ın Kaliforniya ştatının məhkəməsi şahmat üzrə 5 qat dünya çempionu Nona Qaprindaşvilinin “Netflix” onlayn kinoteatrına qarşı qaldırdığı iddiaya baxacaq.

“My-news”un yerli bürosu xəbər verir ki, məhkəmə iclası gələn ilin yanvarın 24-nə təyin olunub.

Gürcü şahmatçının vəkili Maya Mtsariaşvili bildirib ki, “Netflix” iş üzrə icraatın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.

Qeyd edək ki, 80 yaşlı şahmatçı şirkəti “Kraliçanın gedişi” («The Queen’s Gambit«) serialında onunla bağlı yanlış məlumat yaymaqda ittiham edir. Belə ki, ekran əsərində N.Qaprindaşvilinin kişi şahmatçılarla qarşılaşmadığı bildirilib və qrossmeyster səhvən rusiyalı şahmatçı kimi təqdim olunub.

Şahmatçı “Netflix”dən azı 5 milyon ABŞ dolları məbləğində təzminat tələb edir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *