Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Bakıda NATO-nun təlim kursları başlayıb -

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N hərbi hissəsində Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə «Aviasiya əməliyyatları» mövzusunda təlim kursu başlayıb.

Bu barədə «My-news»a Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Kurs dekabrın 9-dək davam edəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *