Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Dünya bazarında "qara qızıl" bahalaşıb -

Koronavirusun yeni “Omikron” ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.

«My-news» «Prime» agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.12-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,83% bahalaşaraq, 1 bareli 73,69 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,09% artaraq, 1 bareli 70,25 ABŞ dolları təşkil edib.

Yeni ştamın daha az iqtisadi təsirə malik olacağı ilə bağlı ümidlər CAR-da bu virusa yoluxan şəxslərdə yüngül simptomların müşahidə olunması barədə xəbərlərlə təsdiq olunur.

Bundan başqa, ABŞ və İran arasında nüvə razılaşmasının imzalanması şanslarının azalması barədə xəbərlər də «qara qızıl»ın qiymətinin artımına təsir göstərib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *