Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Aspirinin koronavirusun müalicəsində faydası aşkarlanıb -

Rusiyanın Ural Federal Universitetinin alimləri aspirinin (Asetilsalisilli turşu-red) COVID-19-un müalicəsində faydalı ola biləcəyini aşkar ediblər.

“My-news” xəbər verir ki, bu barədə “Qodnauki.RF” saytında yer alan press-relizdə məlumat verilib.

Məlum olub ki, antipiretik bir neçə virus zülalına bağlanaraq SARS-CoV-2 koronavirusunun aktivliyini potensial olaraq azaldır.

Tədqiqatçılar molekulun başqa molekulun aktiv mərkəzlərinə bağlandığı zaman onun strukturunun modelləşdirilməsindən istifadə ediblər. Qeyd edilir ki, aspirin bir neçə koronavirus zülal molekulu ilə effektiv şəkildə qarşılıqlı əlaqədə olur və ola bilsin, virus hissəciklərinin fəaliyyətini boğur.

Mütəxəssislər həmçinin müxtəlif dərmanlar və virus zülalları arasındakı bağlayıcı enerjiləri müqayisə ediblər.

Araşdırma müəllifləri ümid edirlər ki, nəticələr COVID-19-a qarşı yeni dərmanların hazırlanmasına kömək edəcək və bu, hansı aktiv maddələrin koronavirusa effektiv şəkildə bağlandığını əvvəlcədən təxmin etməyə imkan verəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *