Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolu genişləndirilir -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Hacı Zeynalabdin Tağıyev — Sumqayıt avtomobil yolunu genişləndirir.

Bu barədə «My-news»a Agentlikdən bildirilib.

Məlumata görə, avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 km təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 m-dən 23-25 m-ə, hərəkət hissəsinin eni isə 7-10 m-dən 15 m-ə qədər genişləndiriləcək.

Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.

Yolun 8 km-lik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci km-də layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb.

Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *