Koronavirusun yeni dalğası nəticəsində neftə tələbatın cüzi dirçəlməsi ən çox hava nəqliyyatında özünü göstərəcək.

“My-news” xəbər verir ki, bunu nəzərə alan Beynəlxalq Enerji Agentliyi (BEA) dekabr hesabatında neftə gündəlik tələbatın 2021-ci ildə 5,4 milyon barel, 2022-ci ildə də 3,3 milyon barel artacağı ehtimalını irəli sürüb. Noyabr hesabatına nisbətən hər iki ilə dair proqnoz 100 min barel aşağı salınıb.

Son hesabata görə, gələn il neftə tələbat həcmi pandemiyadan əvvəlki 99,5 milyon barel səviyyəsinə çıxmalıdır. Belə ki, bu ildə gündəlik tələbatın həcmi 96,19 milyon barel, gələn il 99,53 milyon barel həcmində güman edilir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *