UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə «Qarabağ»la bağlı paylaşım edib.

«My-news»un məlumatına görə, postda Azərbaycan təmsilçisinin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda «Qarabağ» H qrupunda irəliləyir. Onların ən yaxşı oyunçusu kimdir?» sualı da ünvanlanıb.

Qeyd edək ki, «Qarabağ» Konfrans Liqasının pley-off mərhələsində Fransanın «Marsel» klubu ilə üz-üzə gələcək. «Köhlən atlar» ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *