Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulur -

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.

«My-News»un məlumatına görə, ilin sonuncu turu iki oyunla başa çatacaq.

10 xalla çempionatın autsayderi olan «Səbail» 14 xalla 5-ci olan «Sabah»ı qəbul edəcək. Komandalar çempionatda 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də «dənizçilər», 4-də qonaqlar qələbə qazanıb. 3 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların fərqində «Səbail» minimal fərqlə üstündür — 13:12.

Turun sonra matçında 30 xalla lider olan «Qarabağ» 22 xalla 4-cü pillədə qərarlaşan «Zirə»ni qəbul edəcək. Premyer Liqadakı əvvəlki 24 matçın heç birində «Zirə» qələbə qazana bilməyib. 16 görüşdə «köhlən atlar» qələbə qazanıbsa, 8 dueldə qalib müəyyənləşməyib. Topların fərqində «köhlən atlar»ın aşkar üstünlüyü var — 50:12.

Azərbaycan Premyer Liqası

XIV tur

16 dekabr (cümə axşamı)

16:30. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.

Qeyd edək ki, ilk oyun günündə «Qəbələ» evdə «Neftçi» ilə 1:1 hesablı heç-heçə edib, «Sumqayıt» isə «Keşlə»yə uduzub — 1:3.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *