Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan «My-News»a verilən məlumata görə, dekabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 18 mina və 166 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *