Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
GUAM PA azad olunmuş torpaqların bərpasında Azərbaycanı dəstəkləyir -

GUAM Parlament Assambleyası Azərbaycanın azad olunmuş torpaqlarında bərpa işlərini alqışlayır və dəstəkləyir.

“My-News” xəbər verir ki, bu barədə qurumun onlayn keçirilmiş 14-cü sessiyasından sonra qəbul edilən yekun qətnamədə bildirilir.

“Parlament Assambleyası 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma, yenidən inteqrasiya səylərini alqışlayır və dəstəkləyir, Cənubi Qafqazda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması baxımından Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn qayda və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərinə söykənərək münasibətlərin qurulmasına alternativ olmadığını təsdiqləyir” – deyə qətnamədə qeyd olunub.

Sessiyada GUAM üzv ölkələrinin parlament nümayəndələrilə yanaşı, qonaq qismində Baltik Assambleyası nümayəndələri də iştirak edib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *