Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Alimlər: Koronavirusun "omikron" ştamının ev şəraitində müalicəsi mümkündür -

Koronavirusun «omikron» ştamı ilə yoluxma halında «delta»dan fərqli olaraq ev şəraitində müalicə mümkündür.

«My-News»un məlumatına görə, bu barədə Britaniya mediası hökumətin ilk belə araşdırmasına istinadən xəbər verir.

Məlumatlara görə, yoluxmuş «omikron»un xəstəxanaya getmə riski «delta» ilə müqayisədə 50-70% azdır.

Sağlamlıq Təhlükəsizliyi Agentliyinin direktoru Cenni Harris deyib ki, yeni ştamla yoluxanların adi qaydada müalicəsi onun az təhlükəli olmasını şərtləndirir.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *