Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Azərbaycanın qadın cüdoçuları Bakıda təlim-məşq toplanışındadır -

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıdakı «Atilla» idman klubunda təlim-məşq toplanışındadır.

«My-news»un məlumatına görə, hazırlıq prosesinə 30-dək idmançı qatılıb.

Yığmanın aparıcı üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı İrina Kindzerska toplanışda iştirak etmir. Ukraynalı legioner hazırda ölkəsində olduğu üçün təlimlərə qoşulmayıb. Hazırlıq prosesi dekabrın 29-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışı keçir.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *