«Qəbələ» qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Komandanın baş məşqçisi Elmar Baxşıyevin «My-News»a verdiyi məlumata görə, əyalət təmsilçisi Avstriyanın «Admira Vakker» klubunun hücumçusu Patrik Robson de Souza Monteyro ilə anlaşıb.

41 yaşlı mütəxəssis bildirib ki, braziliyalı forvardı icarə əsasında heyətə qatacaqlar: «Hazırda müqavilə müddəti ilə bağlı bəzi detallar dəqiqləşdirilir. 23 yaşlı oyunçu Yeni ildən sonra komandaya qoşulacaq».

Qeyd edək ki, Patrik Robson de Souza Monteyro cari mövsüm hazırkı klubunda cəmi 2 oyun keçirib və qol vura bilməyib. O, daha əvvəl Avstriyanın «Horn» komandasında çıxış edib və 30 oyunda 6 dəfə fərqlənib.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *