Deprecated: Optional parameter $fields declared before required parameter $entity is implicitly treated as a required parameter in /home/elmin1001/public_html/my-news.az/wp-content/plugins/motopress-slider-lite/includes/classes/MPSLDB.php on line 135
Pekin-2022: Yeni dünya rekordu qeydə alınıb -

Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb.

«My-News»un məlumatına görə, çinli fiqurlu konkisürənlərdən ibarət duet Suy Ventszin və Han Tsun komandaların yarışında cütlüklərin qısa proqramında 82,83 xal toplayıblar.

Əvvəlki dünya rekordu rusiyalı Anastasiya Mişina — Aleksandr Qallyamova duetinə məxsus olub. Onlar 12 — 16 yanvarda Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında hakimlərdən 82,36 xal alıblar. Bu cütlük Pekin-2022-də isə 82,64 xalla ikinci olub.

Komanda yarışının 3 mərhələsindən sonra ABŞ seçməsi 28 xalla liderdir. 26 xala malik Rusiya ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlar fevralın 20-də başa çatacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək.

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *