Bu gün Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənc karateçilərin 49-cu Avropa çempionatı start götürəcək.

My-News.Az xəbər verir ki, 17-19 iyun tarixlərində keçiriləcək yarışın ilk günü kata üzrə bütün yaş qrupları və kumite üzrə 14-15 yaşlı yeniyetmələrin ilkin nəticələri məlum olacaq.

Kata çıxışlarında Turan Əhmədzadə və Ramilə Heydərova (14-15 yaşlı yeniyetmələr) və Həsənəli Həsənov (21 yaşadək gənclər), kumite yarışında isə Fərid Hacızadə (-52 kq), Alsan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Rəşid Süleymanov (-70 kq), Rahib Əzim (+70 kq), Fatimə Məmmədova (-47 kq), Səbinə Fərzəli (-54 kq) və Sofiya Hüseynli (+54 kq) mübarizə aparacaqlar.

16-17 yaşlı gənclər və 21 yaşadək gənclərin ilkin yarışları sabah, bütün yaş dərəcələri üzrə medal görüşləri isə bazar günü keçiriləcək

От MyNews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *